Mingəçevirdə 40 yaşlı qadın ehtiyatsızlıq nəticəsində sinə nayihəsindən xəsarət alıb.
"Unikal"ın məlumatına görə hadisə N.Nərimanov küçəsində baş verib.1984-cü il təvəllüdlü şəhər sakini Y.Ə.K döş nayihəsindən kəsici-deşici alətlə xəsarət alıb. Əldə edilən ilkin məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. Xəstəxanaya çatdırılan yaralıya zəruri tibbi yardım göstərilərək ambulator müalicəyə buraxılıb.
Ehtiram Muradov