Oğuz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Kərimli kənd ərazisində qeydə alınıb.

Belə ki, Oğuz rayon sakini, 1963-cü il təvəllüdlü Şahin Qəzənfər oğlu Məmmədovun idarə etdiyi "Hyundai" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və onun həyat yoldaşı 1963-cü il təvəllüdlü Esmira Fikrət qızı Məmmədova və avtomobildə olan daha bir qadın sərnişin xəsarət alıb.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, qəzada xəsarət alan Esmira Məmmədova və avtomobildə olan qadın sərnişin məktəblərin birində müəllim işləyirlər. 

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli