Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs Soltanova Nərgiz Vaqif qızının ilkin baxış iclası keçirilib.
"Unikal"ın məlumatına görə, N. Sultanova falçılıq adı ilə 3 nəfərin - Əmirov İlkin Əsəd oğlu, Paşayeva Nigar Rizvan qızı və Tahieva Viktoriya Andrivnanın külli miqdarda pulunu ələ keçirməkdə ittiham olunur.
Qeyd edək ki, Nərgiz Sultanova barəsində bundan əvvəl də analoji əmələ görə araşdırma aparılıb.
Seymur Əli