Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi – Sumqayıt Yaşayış Kompleksi və Lənkəran Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı başa çatıb.
"Unikal" xəbər verir ki, mənzillər 35 saniyə müddətində satılıb.
Qeyd edək ki, bugünkü satış zamanı 544 mənzilin seçimində iştirak edənlərin sayı 4 176 nəfər olub. Bu saata olan məlumata görə seçilmiş 544 mənzilin 228-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.
*** 11:00
Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Sumqayıt və Lənkəranda mənzillərin güzəştli satışına başlayıb.
"Unikal" xəbər verir ki, Sumqayıt şəhəri, Bulvar küçəsi, 197 ünvanında yerləşən Sumqayıt Yaşayış Kompleksi üzrə 392 mənzilin, Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 152 mənzilin, ümumilikdə 544 mənzilin satışı bu gün saat 11:00-da başlayıb və 14 dekabr 2024-cü il tarixi saat 11:00-dək davam edəcək.
Qeyd edək ki, bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Xatırladaq ki, mənzillərin seçimi “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında aparılacaq.