İstanbulda terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyatda 12 şübhəli saxlanılıb.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbul Terrorla Mübarizə Şöbəsinin əməkdaşları terror təşkilatının fəaliyyətlərini ifşa etmək məqsədilə apardıqları araşdırmalarda münaqişə bölgələrindəki silahlı təşkilatlarla əlaqəsi olan İŞİD üzvü şübhəlilərin kimliyini və ünvanlarını müəyyən edib.

Məlumata əsasən, Türkiyədə terror aktı hazırlığında ola biləcəkləri nəzərə alınan 12 şübhəli eyni vaxtda təşkil edilən əməliyyat zamanı yaxalanıb. Ünvanlarda aparılan axtarışlarda bir ədəd lisenziyasız tapança, 13 güllə və çoxsayda rəqəmsal material götürülüb.