Azərbaycanla sülh müqaviləsi layihəsi üzrə danışıqlar dalana dirənməyib. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin hakim “Mülki müqavilə” partiyasının katibi Artur Hovhannisyan deyib. 

O, yeni ilkin şərtlər fonunda danışıqlar prosesinin mümkün dalana dirənməsi ilə bağlı sualı cavablandırarkən bildirib ki, danışıqlar prosesi davam edir: "Mübahisə doğuran məqamlar var ki, onların müzakirəsi daha mürəkkəbdir və müəyyən vaxt tələb edir. Amma biz dalana dirənməkdən və danışıqlar prosesini davam etdirməkdən getmirik. Bu proses həmişə mövcuddur".

Ağarza Elçinoğlu