İdxal edilən iynəli və ya iynəsiz şprislər üçün tətbiq edilən xüsusi gömrük rüsumlarının müddəti uzadılıb.

"Unikal" xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, 31 dekabr 2024-cü ilə qədər plastmasdan iynəli və ya iynəsiz şprislərinin insulin üçün nəzərdə tutulan həcmi 2 millilitr və ya daha az olan 1 ədədi üçün 0,02 ABŞ dolları, həcmi 2 millilitrdən çox, lakin 5 millilitrdən çox olmayan 1 ədədi üçün 0,025 ABŞ dolları, həcmi 5 millilitrdən çox, lakin 10 millilitrdən çox olmayan 1 ədədi üçün 0,03 ABŞ dolları, həcmi 10 millilitrdən çox, lakin 20 millilitrdən çox olmayan 1 ədədi üçün 0,04 ABŞ dolları idxal gömrük rüsumu alınmalı idi.

Bu müddət 31 dekabr 2029-cü ilə qədər uzadılıb.