Tehranda tələbə yataqxanalarından birində 44 nəfər dəm qazından zəhərlənib.

"Unikal" xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

"Təcili yardım mütəxəssisləri üç zərərçəkənə hadisə yerində tibbi yardım göstərib, daha 41 zəhərlənmiş şəxs isə xəstəxanalara çatdırılıb", - məlumatda deyilir.

Hadisənin başqa təfərrüatları barədə məlumat verilmir.