Suriya hökumət qüvvələri Homs vilayətinin mərkəzi hissəsində yerləşən Palmira şəhərindən geri çəkilib və “Azad Suriya Ordusu” adlandırılan qruplaşmaların bölmələri şəhərə daxil olub. 

"Unikal" xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Məlumata görə, silahlılar hərbçilərin istifadə etdiyi silah anbarlarını ələ keçirə biliblər. Bundan əlavə, yaraqlılar Homs əyalətinin cənubundakı Cebel əl-Qurabın strateji yeri üzərində nəzarəti ələ keçiriblər.

Ağarza Elçinoğlu