Dəməşqdən 3 km aralıda yerləşən və onun rayonlarından biri olan Caraman şəhərinin sakinləri keçmiş dövlət başçısı və hazırkı prezident Bəşər Əsədin atası Hafiz Əsədin abidəsini söküblər.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, bu ərazidə hökumət ordusunun müxalifət qüvvələri ilə əvvəlki hərbi əməliyyatları zamanı Əsədin tərəfində olanlar yaşayırlar.
Hazırda Dəməşq üç tərəfdən müxalif qüvələr tərəfindən mühasirəyə alınıb. Eyni zamanda, Əsəd qoşunları paytaxtın ətrafından geri çəkilir.
Ağarza Elçinoğlu