Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali Əl-Ərəbiyyə televiziyasına müsahibəsində silahlıların liderləri ilə danışıqlar aparıldığını və ölkə tarixində yeni dövrün başladığını deyib.
"Unikal" baş nazirin açıqlamalarını təqdim edir:
Suriya hökuməti Əsədin harada olduğunu bilmir;
Əsədlə sonuncu təmas dekabrın 7-də axşam olub;
Hökumət prezidentin rəhbərlik etdiyi təhlükəsizlik orqanlarına bağlı deyil;
Suriyalı nazirlərin əksəriyyəti Dəməşqdə qalır;
Suriya yaraqlılarının liderləri ilə danışıqlar aparılır;
“Hamı üçün nəzərdə tutulmuş” dövlət qurumlarını qorumaq lazımdır;
Hökumət dövlət qurumlarının fəaliyyətini təmin etmək üçün Dəməşqi tərk etməyəcək;
Ölkədə hakimiyyəti dinc yolla ötürməyə hazırıq;
Hökumət qüvvələrinin tabe olduğu Respublika Müdafiə Nazirliyinin fəaliyyət göstərib-göstərmədiyi məlum deyil.