Türkiyəki aktyor Selçuk Yöntemin həyatı ilə bağlı sənədli film çəkilir.

"Unikal" axsam-a istinadən xəbər verir ki, "Selçuk bey yes man" adlı ekran işi 100 dəqiqədən ibarət olacaq. 

Berlin, London, Köln, Bodrum, Kipr, Ankara və İstanbulda çəkilən sənədli filmdə Beren Saat, Hazal Kaya, Hilal Saral, Oktay Kaynarca kimi bir çox məşhur Selçuk Yöntemlə bağlı xatirələrini bölüşüb.

Çəkilişləri tezliklə başa çatacaq layihə rəqəmsal platformada yayımlanacaq.

Qeyd edək ki, Selçuk Yöntem "Kurtlar vadisi" serialındakı "Aslan Akbey", "Aşk-ı Memnu" serialındakı "Adnan" obrazları ilə sevilib.