Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsində həqiqətən də nüvə silahının olduğunu təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə dövlət başçısı Borisovda “POZSNAB” MMC-nin işçilərinin suallarını cavablandırarkən deyib.
"Mən bura ondan çox nüvə başlığı gətirmişəm. Çoxları yazır ki, biz heç nə gətirməmişik. Onları bura necə gətirdiyimizin fərqinə varmayıblar", - deyə Belarus lideri bildirib.
Lukaşenko Belarusda böyük gücə malik Rusiyanın “Oreşnik” raket kompleksinin yerləşdirilməsi planları ilə bağlı sualı cavablandırarkən deyib: "Əgər nüvə silahından istifadə edilirsə, bu, böyük məsuliyyətdir, ən azı, Xirosima və Naqasakidən sonra heç kim nüvə silahının düyməsini basmayıb. Ölkənin sərhədlərini pozanlara dərhal cavab veriləcək. Və mən nüvə silahlarına və ya başqa bir şeyə baxmayacağam".
Ağarza Elçinoğlu