Ötən ay Ermənistan-Türkiyə sərhədində iki ölkənin bir sıra departamentlərinin nümayəndələrinin görüşü baş tutub.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qeyd olunub ki, həmin günlərdə tərəflər görüş barədə rəsmi məlumat verməyiblər: "Ruben Rubinyan bu gün çox təfərrüatları açıqlamayıb, sadəcə çatdırıb. Akyaka dəmir yolu sərhəd keçidini təmin edəcək texniki ehtiyaclar qiymətləndirildi. Görüş müsbət və konstruktiv atmosferdə keçdi".

Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç yayda keçirdikləri son görüşdə Gümrü-Qars dəmir yolu ilə sərhədi keçmək üçün texniki tələbləri birgə qiymətləndirmək barədə razılığa gəliblər.

Ağarza Elçinoğlu