Şahzadə Harri mirasını layihələrə xərclədiyi üçün Meqan Marklla mübahisə edib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV ailəyə yaxın mənbəyə istinadən məlumat yayıb.
40 yaşlı şahzadə Harri oktyabrda 16 milyon dollar miras alıb. Onunla həyat yoldaşı arasında fikir ayrılığına səbəb pul olub. Mənbə bildirib ki, Meqan öz layihələrinə milyonlar xərcləyir. Buna görə də Şahzadə Harri onun qarşısına şərt qoyub. Belə ki, şahzadə xanımına xərcləməyi bacardığı kimi, pul qazanmağa çalışmağı da məsləhət görüb.
"Yalnız xərcləməyə deyil, qazanmağa başlamağın vaxtıdır", - deyə Harri şərt qoyub.