Qırğızıstanın paytaxtı Bişkekdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzində müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümünə həsr olunmuş dərs keçirilib. 

"Unikal" xəbər verir ki, mərkəzin müəllimi şagirdlərə Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında məlumat verib. Ulu Öndər haqqında film nümayiş olunub, şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb. 

Qeyd edək ki, Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi 2022-ci ildən “Birlik” İctimai Birliyinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərir.