"Suriyada Əsəd rejiminin çökməsindən sonra Azərbaycan tərəfi ümid edir ki, sülh və əmin amanlıq bərqərar olunacaq. Biz eyni zamanda onu da ümid edirik ki, Azərbaycanla Suriya arasında  normal münasibətlər fornalaşacaq".

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, dostluq münasibətləri zəminində ikitərəfli münasibətlər inkişaf edəcək. 

"Çünki Suriya bir çoc beynəlxalq təşkilatlarda əvvəlki rejimin rəhbəeliyi altında Azərbaycana problemlər yaradırdı. Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar olan məsələlərdə qeyd şərtlə çıxış edirdi. Hətta İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində islam həmrəyliyinə ziddi xarakter daşıyan açıqlamaları olurdu".

Anar Kəlbiyev