ATMU-nun Mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev Rusiya Federasiyasının Cənubi Ural Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən “IX Beynəlxalq idman, turizm və təhsildə innovasiyalar” adlı konfransda iştirak edib.

"Unikal" xəbər verir ki, Rusiya Federasiyasının Çelyabinsk şəhərində baş tutan beynəlxalq tədbirdə N.Quliyevin “Azərbaycan – multikulturalizm mühiti” mövzusunda məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

“IX Beynəlxalq idman,turizm və təhsildə innovasiyalar” konfransı çərçivəsində Cənubi Ural Dövlət Universitetinin rektoru Vaqner  Aleksandr Adolfoviç ilə görüşdə ATMU-nun Mehmanxana və restoran biznesi  kafedrasının  müdiri N. Quliyev universitetlərarası əlaqələrin qurulması, tələbə və magistr mübadiləsi, o cümlədən müştərək elmi-tədqiqat işlərinin həyata keçirilməsinə münasibət bildirib. 

Beynəlxalq tədbir iştirakçıları  “Ural xalqları və texnologiyalar” muzeyini, Təhsil-idman kompleksini, beynəlxalq tələblərə cavab verən universitetlərarası kampusu ziyarət ediblər.