Dekabrın 12-də Lənkəranda müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, ağsaqqallar, müharibə veteranları, tələbələr, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri Ümummilli Liderin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, ona olan sevgi, hörmət və ehtiramlarını bildiriblər.

"Unikal" xəbər verir ki, tədbir iştirakçıları daha sonra Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin adını daşıyan muzeyi ziyarət ediblər, Ulu Öndərin büstünün önünə tər güllər düzüblər. 

Günorta saatlarında Ümummilli Liderın anım günü ilə bağlı “Şah” Şadlıq Sarayında şəhid ailələri, qazilər və müharibə iştirakçılarının da iştirakı ilə ehsan süfrəsi təşkil olunub.     

Qeyd edək ki, Lənkəranda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan anım tədbirləri silsilə şəklində gün ərzində davam etdirilib, Ulu Öndərin abidəsi və Heydər Əliyev müzeyi sakinlər tərəfindən gün ərzində ziyarət olunub.