"Neftçi" sabiq idman direktoru Yens Andersson Avropa Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində bu gün keçiriləcək "Elfsborq" - "Qarabağ" matçı barədə fikirlərini bölüşüb.
"Unikal" xəbər verir ki, İsveçdən olan 52 yaşlı funksioner "Bt.se" saytına açıqlama verib:
"Azərbaycan təmsilçisi güclü rəqibdir. Amma məncə, "Qarabağ" ötən mövsüm daha yaxşı idi. Bütün hallarda, "Elfsborq"un işi çətin olacaq".
Qeyd edək ki, "Elfsborq" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.