İsrail "Hizbullah" hərəkatı ilə atəşkəs razılaşması çərçivəsində Livanın cənubundan ilk qoşunlarını çıxarıb.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Noyabr ayında əldə olunan razılaşmalar Livanın cənubuna yalnız ölkənin silahlı qüvvələri və BMT sülhməramlılarının nəzarəti altında olacağını, İsrail Müdafiə Qüvvələri və "Hizbullah" qüvvələrinin atəşkəsdən sonra 60 gün ərzində oradan tamamilə geri çəkiləcəyini göstərir.