Ehtiyata keçirilən şəxslərin hərbi komissarlıqlarda tibbi müayinəyə cəlb edilməsinin yaş həddi azaldılır.  

"Unikal" xəbər verir ki, bu barədə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Əsasnaməyə dəyişiklikdə öz əksini tapıb. 

Hazırda ehtiyata keçirilən şəxslər vaxtaşırı rayon (şəhər) hərbi komissarlıqlarında yaradılan tibbi müayinə komissiyalarında tibbi müayinəyə cəlb edilirlər. Bu halda hərbi və ya alternativ xidmət keçmədən xəstəliyinə görə ehtiyata keçirilmiş hərbi vəzifəlilər 35 yaşına çatanadək hərbi xidmət keçməyə yararlı sayıldıqda çağırışçıların uçotuna qaytarılır (Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla) və onlar ümumi qayda üzrə müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 

Dəyişikliyə əsasən isə 35 yaş həddi 30-a endirilir. 

Anar Kəlbiyev