"Ödənişli xidmətlə bağlı təklif müzakirə olunub, amma aidiyyəti qurumlar tərəfindən dəstəklənməyib. Biz də bu təklifi vermişdik. Əgər bu məsələyə bir də baxılsa, biz etiraz etmirik".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Azər Məmmədov deyib.
Qeyd edək ki, deputat Qüdrət Həsənquliyev müəyyən şəxslərin müvafiq vəsait ödəməklə hərbi xidmətdən azad olunmasını təklif edib.
Anar Kəlbiyev