“Yuxarı Lars” beynəlxalq buraxılış məntəqəsi vasitəsilə Gürcüstandan Rusiyaya gedən yol bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.
"Unikal" xəbər verir ki, daha əvvəl bildirilmişdi ki, "Yuxarı Lars"dan keçən yol dekabrın 13-də yük maşınları üçün bağlanıb.
“Beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsində qar uçqunu riski yüksəkdir, bu baxımdan bütün növ avtomobillər üçün bu hissədən keçid qadağandır, - deyə rəsmi məlumatda bildirilir.