"Mançester Siti" 2023/24 mövsümünə dair maliyyə hesabatını açıqlayıb.

"Unikal" xəbər verir ki, "şəhərlilər" 2023/24 mövsümü üçün 715 milyon funt-sterlinq gəlir əldə edərək, əvvəlki mövsümün liqa rekordunu (712,8 milyon funt-sterlinq) qırıblar. Klubun xalis mənfəətinin 73,8 milyon funt sterlinq təşkil etdiyi qeyd edilir.

Qeyd edək ki, Premyer Liqanın cari mövsümünün 15 turundan sonra "Mançester Siti" 27 xal toplayıb və hazırda 4-cü yerdədir.