Müğənni Rəqsanə bahalı daş-qaş vurğunu imiş...
02:43 12-04-2012
ŞOU
Müğənni Rəqsanə bahalı daş-qaş vurğunu imiş...
Məhz bunu bilən yaxşı dostları sonuncu dəfə Moskva şəhərində təşkil olunan toy məclisində iştirakı zamanı müğənniyə bahalı kulon hədiyyə ediblər. Əslində bu informasiyanı hələ Naxçıvan şəhərindən qayıtdığımızda öyrənmişdik.
Eksklüziv olduğu üçün məhz indi oxucularımıza təqdim etməyi lazım bildik. Təyyarədən enib sərnişinlərlə birlikdə avtobusa mindiyimiz an əl çantasından kulon çıxarıb boğazındakı boyunbağına keçirən Rəqsanə, təəccüblü baxışlarımızı görüb, camaatın çoxluğuna baxmayaraq təqdimata keçdi:
"Özündən razılıq kimi çıxmasın, bacardığım qədər çalışıram ki, brendlərə üstünlük verim. İstər geyimlərimdə, istərsə də istifadə etdiyim aksessuarlarda bu prinsipi rəhbər tuturam. Hədiyyə aldığım kulon İtaliyanın "Pasquale Bruni" brend zinət əşyaları markasındandır. Pasportu da var (çantasından qiymətinin üstündə həkk olunduğu qutunu çıxarıb bizə göstərir)", - İsmayılova belə məlumat verdi.
Qiymət rus rublu ilə yazıldığı üçün yanımızda olan dostları ilə - klarnet ifaçısı Hüseyn Məşədi Məhəmmədoğlu, stilist Elnur Həsənov və meneceri Sübhanə ilə birlikdə qiyməti Azərbaycan manatına yuvarlaqlaşdırdıq. Gəldiyimiz nəticə həqiqətən də az məbləğ olmadı. Nə az, nə çox - düz 23 min manat. Təəccübümüzün artan xətlə çoxaldığının fərqinə varan Rəqsanə, daha bir açıqlama ilə çıxış etdi: "Özünə fikir verən xanımlar kimi mən də bahalı daş-qaş vurğunu olanlar sırasındayam. Sadəcə, istəmirəm, bu istəyimdən çoxları xəbər tutsun. Onsuz da hər addımımla düşmən gözü çıxarıram. Dilə-dişə düşməkdən ehtiyatlanıram..."
Daş-qaş aşiqi olsa da, müğənni 20 il əvvəl anasını və 2 qız övladını atıb getmiş atası İsmayıl Cəfərovu axtarmağa başlayıb.
Belə ki o, aprelin 10-da ATV kanalında yayımlanan "Səni axtarıram" verilişinə qatılaraq, atasını axtardığını deyib. Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı müğənninin atasının izinə düşüb. Aparıcı Rostova gedib və sonda onu tapıb. Məlum olub ki, müğənninin atası İsmayıl Cəfərov Rostovda Qalina adlı rus qadınla ailə həyatı qurub. Həmin rus qadından onun Mircəfər və Elvira adlı iki övladı var. İsmayıl Cəfərov hazırda hüquqşünas kimi çalışır. Söhbət əsnasında İsmayıl Cəfərov Rəqsanəni qəbul etmədiyini, onun müğənni olmasından xəbərsiz olduğunu deyib.
Göz yaşlarını saxlaya bilməyən Rəqsanə atasından soruşmaq istədiyi suallar olduğunu deyib: "Mən ona sual vermək istəyirdim ki, görəsən, bu illər ərzindəheç qızlarını yadına salıbmı?"
Veriliş zamanı Rəqsanəyə kimliyi məlum olmayan şəxs tərəfindən ağ rəngli "Range Rover" avtomobili hədiyyə göndərilib. Rəqsanəyə deyilib ki, atasız olduğunu hiss etməsin və hədiyyəni qəbul etsin. Müğənni isə bahalı avtomobili qəbul etməyib: "Mən o hədiyyəni göndərənin kimliyindən xəbərsizəm. Ona görə də bunu qəbul edə bilmərəm".
Digər Xəbərlər
2024-12-25 00:10:59
2024-12-24 21:20:55
2024-12-24 20:31:08
2024-12-24 19:39:46
2024-12-24 15:39:20
2024-12-24 14:50:27
2024-12-24 12:31:51
2024-12-24 00:09:55
2024-12-23 23:34:42
2024-12-23 20:08:25
2024-12-23 19:06:15
2024-12-23 18:45:44
2024-12-23 18:17:30
2024-12-23 15:54:27
2024-12-23 12:05:00
2024-12-22 17:41:07
2024-12-22 16:39:35
2024-12-22 10:10:52
2024-12-22 09:20:38
2024-12-21 09:10:00