Mingəçevir şəhərində ümimi sahəsi 400 m² olan ikimərtəbəli (hər mərtəbəsi 200 m²) obyektin 1-ci mərtəbəsində ümümi sahəsi 65 m² olan anbarda rəflər üzərinə yığılan kassa lenti ilə dolu taralar, bitişik ümumi sahəsi 24 m² olan dəmir barmaqlıqlar arasında 14 ədəd terminal aparatı, 4 ədəd avtomobil şini və yaxınlığlnda 5 m² sahədə məişət tullantıları yanıb.
"Unikal" xəbər verir ki, anbarın qalan hissəsi və içərisində olan avadanlıqlar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***13:55
Mingəçevirdə kağız məhsullarının istehsal olunduğu sexdə yanğın olub.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Aydın Məmmədov küçəsində yerləşən obyektdə baş verib.
Yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürmə briqadası cəlb olunub.
Ehtiram Muradov