"Bizim rəqqaslar əvvəl 20 il işləyəndən sonra təqaüdə çıxa bilərdilər. Sonra bu maddə qanundan çıxarıldı. İndi rəqqaslar ümumi qaydada pensiyaya çıxırlar. Bu gülməli bir şeydir. Nazirlər Kabinetinin qərarı va ki, 5 yaş azala bilər".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Polad Bülbüloğlu deyib.
"Xahiş etmişəm ki, sənədləri qaldıraq və müzakirə edək. Qanuna dəyişiklik edək ki, onlar rahat 20-22 ildən sonra təqaüdə çıxa billsinlər və özlərinə layiqli təqaüd alsınlar" - deyə komitə sədri bildirib.
Anar Kəlbiyev