General-leytenant İqor Kirillova qarşı terror aktının kim tərəfindən həyata keçirildiyi və sifariş verildiyi şübhə doğurmur.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Bizim araşdırmamız təbii ki, general-leytenant Kirillova qarşı cinayətin bütün təfərrüatlarını müəyyən edəcək. Kimin icraçı, kimin sifarişçi olduğuna şübhəm yoxdur", - diplomat qeyd edib.
Zaxarova BMT-nin terror hücumuna reaksiyasını da tənqid edib və bunu dünya təşkilatı tərəfindən korrupsiya sübutu adlandırıb.
Ağarza Elçinoğlu