İşğaldan azad edilmiş ərazilərimizdə mina və partlamamış hərbi sursatlarla bağlı təhlükə hələ də qalmaqdadır. İşğal dövrünə aid dəqiq mina xəritələrini təqdim etməkdən boyun qaçıran Ermənistan həmin ərazilərdə baş verən və çoxsaylı insan tələfatına səbəb olan partlayışlara görə məsuliyyət daşıyır. 2020-ci ildən indiyədək belə hadisələr nəticəsində ölkəmizdə həlak olanların və yaralananların sayı 400-ə çatır, onların arasında 30 ildir doğma yurduna qayıdışı səbirsizliklə gözləyən məcburi köçkünlər də var.
"Unikal" xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mina və partlamamış hərbi sursatların yaratdığı təhlükədən vətəndaşların qorunmasına nail olmaq üçün daim məlumatlandırma, maarifləndirmə tədbirləri həyata keçirir, sosial şəbəkə hesablarında paylaşımlar edir, həmçinin minadan zərərçəkmiş şəxslərlə bağlı videoçarxlar hazırlayır.
Ağdam rayonundan olan məcburi köçkün Hafiz Əzimzadə də minadan zərərçəkən şəxs kimi vətəndaşları işğaldan azad olunan ərazilərə səfər edərkən təhlükəsizlik qaydalarına maksimum dərəcədə riayət etməyə, işarələnməmiş yerlərə getməməyə səsləyib.
Bu mövzuda növbəti videoçarxı təqdim edirik: