Rusiya yaradıcı tədbirlər həyata keçirir, əsasən bu səylər sayəsində Bakı və İrəvan ikitərəfli münasibətlərin normallaşması istiqamətində uğurla irəliləyirlər. 

"Unikal" xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xarici ölkələrin hərbi attaşelərinin brifinqində deyib.

"Qərbin dağıdıcı hərəkətlərindən fərqli olaraq, Rusiya həmin regionda yaradıcı tədbirlər həyata keçirir. Əsasən dövlətimizin səyləri sayəsində Bakıda və İrəvanda ikitərəfli münasibətlərin normallaşması istiqamətində aşkar müsbət irəliləyiş göz qabağındadır", - Gerasimov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Qazaxla Ermənistanın Tavuş rayonu arasında dövlətlərarası sərhədin ən mürəkkəb hissələrindən birinin demarkasiyası başa çatıb.

Ağarza Elçinoğlu