İspaniyanın “Atletiko” klubunun 16 azarkeşi polis tərəfindən saxlanılıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, buna fanatların La Liqanın XVII turunun “Xetafe” ilə oyunundan sonrakı davranışları səbəb olub. Tərəfdarlar "Metropolitano" stadionunun yaxınlığında yerləşən çin bazarına soxularaq iğtişaşlar törədiblər. 16-25 yaş arası gənclər şüşələri sındırıb, sahibkarlara və ziyarətçilərə hədə-qorxu gəliblər. Onların həmin ərazidə rəqib komandanın azarkeşlərini axtardıqları güman edilir. Ümumilikdə hadisədə 50-yə yaxın adam iştirak edib.

Saxlanılan şəxslər ictimai asayişi pozmaqda və insanlara maddi ziyan vurmaqda ittiham olunurlar.