Ölən 42 hərbçinin cəsədi Ukrayna ərazisindən Rusiyaya qaytarılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı, parlamentin hərbi əməliyyatlar üzrə koordinasiya qrupunun nümayəndəsi Şəmsail Sarəliyev deyib.

Eyni zamanda Ukrayna tərəfi ölən 503 əsgərinin cəsədini qəbul edib.

Sarəliyev qeyd edib ki, mübadilə dekabrın 20-də baş tutub. Ukrayna hərbi əsirlərin koordinasiya qərargahının məlumatına görə, Donetsk istiqamətindən 403, Luqansk istiqamətindən 12, Zaporojye vilayətindən 57 cəsəd, qalan meyitlər isə Rusiya ərazilərindəki morqlardan qaytarılıb.

Ağarza Elçinoğlu