Rusiya prezidenti Vladimir Putin 2025-ci ilin “Vətən müdafiəçisi ili” elan edilməsini təklif edib.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, Dövlət Şurasının iclasında o qeyd edib ki, gələn il ölkədə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi qeyd olunacaq.

“Bununla əlaqədar mən 2025-ci ili “Vətən Müdafiəçisi İli” elan etməyi təklif edirəm”, - Putin bildirib.

Putin əlavə edib ki, bu, xüsusi hərbi əməliyyat (SVO) iştirakçılarının şərəfinə və onların əcdadlarının şücaətlərinin xatirəsinə ediləcək.