Türkiyə millisinin cüdoçusu Əmrə Yazqan faciəvi şəkildə həyatını itirib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən 18 yaşlı idmançı qar uçqununun altında qalıb.

Hadisə Türkiyə yığmasının Ərzurumda davam edən təlim-məşq toplanışı zamanı baş verib. İdmançılar Palantökən dağındakı yüksəkliyə dırmaşarkən qar uçqunu olub. Uçqunun altında qalan Ə.Yazqanı, bütün müdaxilələrə baxmayaraq, xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində milli komandanın üç üzvü müxtəlif dərəcəli xəsarətlər alıblar.