Xaçmazda qadın evində ölü tapılıb

"Unikal"ın məlumatına görə, Xaçmaz rayonunun Çarxı kəndində fərdi yaşayış evində rayon sakini 1971-ci il təvəllüdlü Həcər Sultanovanın meyiti tapılıb.

H.Sultanovanın meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə aparılıb. 

Onun ölümündə cinayət tərkibinin olub - olmadığını Xaçmaz rayon prokurorluğu araşdırır. 

Xanlar Qaraca