“Transfermarkt" portalı Türkiyə Superliqasında çıxış edən ən dəyərli futbolçuların adlarını açıqlayıb.

"Unikal" xəbər verir ki, siyahıya 75 milyon avro ilə “Qalatasaray”ın nigeriyalı ulduzu Viktor Osimhen başçılıq edir. İkinci sırada “cim-bom”un braziliyalı yarımmüdafiəçisi (23 milyon avro) Qabriel Sara yer alıb. İlk “üçlüy”ü isə İstanbulun digər təmsilçisi “Fənərbağça”nın mərakeşli üzvü Sofyan Amrabat tamamlayır – 22 milyon avro.

İlk “onluq”da “Beşiktaş”dan cəmi bir oyunçu yer alıb. Portuqaliyalı yarımmüdafiəçi Gedson Fernadeş 17 milyon avro ilə 9-cı sırada qərarlaşıb.