"Brent" markalı neftin fevral fyuçerslərinin qiyməti Londonun birjasında 2024-cü il dekabrın 10-dan bəri ilk dəfə bir barel üçün 72 dollardan aşağı düşüb.
"Unikal" xəbər verir ki, "Brent" markalı neftin bir barelinin qiyməti 1,3% azalaraq 71,99 dollar olub.
WTI markalı xam neftin fevral fyuçersləri 1,09% itirərək, bir barel üçün 68,7 dollara düşüb.