Özbəkistan Xarici İşlər Nazirliyi Aktau şəhərində baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığı verib.

"Unikal" xəbər verir ki, bu barərə Nazirliyinin məlumatında bildirilib.

"Qazaxıstanın Aktau şəhərində çoxlu sayda insanın həyatına son qoyan faciəvi təyyarə qəzası bizi dərindən kədərləndirdi. Özbəkistan Xarici İşlər Nazirliyi adından bu ağır vaxtda həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Xəsarət alanlara şəfa diləyirik", - deyə qeyd olunub.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.