Gürcüstan hər zaman Azərbaycanın yanındadır.
Azərbaycan Xarici İşlər Nazirliyindən "Unikal"a verilən məlumata görə, bunu Gürcüstan xarici işlər naziri Maka Botçorişvili xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı deyib.
O, “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində həlak olanların ailə üzvlərinə başsağlığı diləklərini çatdırıb, dost Azərbaycan xalqına səbr diləyib. Bu faciəvi gündə Gürcüstanın hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.
C.Bayramov başsağlığına, ölkəmiz və xalqımız üçün ağır bir gündə göstərilən dəstəyə görə dost Gürcüstan tərəfinə təşəkkür edib.