Rusiya Federasiyası Ukraynadakı münaqişəyə son qoymağa çalışır.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasının münaqişəni dondurmaq planları ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.
“Biz də münaqişəyə son qoymağa çalışırıq. Mən Allaha inanıram. Allah da bizimlədir", - deyə Putin bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya gələn il xüsusi hərbi əməliyyatın bütün məqsədlərinə nail olmağa davam edəcək. O vurğulayıb ki, bu, bir nömrəli vəzifədir.