İsrailin Qəzza zolağının şimalında Kamal Advan xəstəxanası yaxınlığındakı binanı bombalaması nəticəsində 50-yə yaxın adam həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə tibb müəssisəsinin direktoru Husam Əbu Səfiyə məlumat verib.

"İsrailin bombardmanı nəticəsində Kamal Advan xəstəxanasının 5 tibb işçisi də daxil olmaqla 50-yə yaxın adam həlak olub", - deyə xəstəxana direktoru yerli Səhiyyə Nazirliyinin açıqlamasında bildirib.

Xatırladaq ki, bir müddət əvvəl İD-nin pilotsuz uçan aparatının hücumu nəticəsində ərəb nəşri olan “Əl-Qüds”ün 5 əməkdaşı həlak olmuşdu. İsrail Qəzza zolağındakı qaçqın düşərgəsinin ərazisinə zərbələr endirib, çəkiliş qrupunun ərazinin davamlı bombalanması barədə reportaj hazırladığı bildirilir.

Eyni zamanda, Təl-Əvivin bəyan etdiyi kimi, terror qruplaşmalarının üzvlərinin olduğu iddia edilən avtomobilə də dəqiq zərbə endirilib.