Dekabrın 25-i saat 07 radələrində Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində dəyəri 1100 manat olan 2 ədəd məişət tullantıları qutusunun oğurlanması barədə polisə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətmək şübhəli bilinən Ş.Musayev və əvvəllər məhkum olunmuş T.Əzimov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.