"Azərbaycan diplomatik xidmət orqanlarının fəaliyyəti və həmin orqanlarda xidmət keçən əməkdaşların təminatı ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır"

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

"Diplomatik xidmət orqanlarının fəaliyyəti və həmin orqanlarda xidmət keçən əməkdaşların təminatı ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır və bu sahəyə xüsusi diqqət göstərilir. Diplomatik xidmət əməkdaşları bu diqqət və qayğının məsuliyyətini anlayaraq Prezident rəfəindən uğurla davam etdirilən xarici siyasətimizin həyata keçirilməsində irəli gələn vəzifələrin icrası üçün öz bilik və bacarıqlarını əsirgəmirlər. “Diplomatik xidmət haqqında” qanun layihəsi diplomatik xidmət sahəsində fəaliyyətin daha səmərəli təşkilinə böyük töhfə verəcək”, - deyə nazir müavini bildirib.

Anar Kəlbiyev