Tver vilayətində dörd uşağını qətlə yetirməkdə şübhəli bilinən ata həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV yazıb.
Məlumata görə, ata narkotikin təsiri altında övladlarını öldürmüş ola bilər.
Cinayəti törətdikdən sonra o, öz həyatına son qoymaq istəsə də, xilas edilib. Ata reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir, uşaqların anası dindirilir.
***10:08
Rusiyanın Tver vilayəti yaxınlığındakı SNT "Mezhurka" binalarındakı evlərdən birində dörd uşağın meyiti tapılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Vilayət prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, hadisə yerinə Tver vilayəti prokurorunun birinci müavini Yevgeni Denisov gedib.
Faciənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.
Ağarza Elçinoğlu