Aktauda baş verən təyyarə qəzasından sonra Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev respublikada aviasiya təhlükəsizliyinin vəziyyətinin öyrənilməsini tələb edib.

"Unikal" xəbər verir ki, bu barədə Tokayevin mətbuat xidməti məlumat yayıb.

"Prezident Tokayev informasiya təxribatlarının və saxtakarlıqların qarşısının alınmasının vacibliyini qeyd edib, bundan əlavə, bütün ölkə üzrə aviasiya təhlükəsizliyinin vəziyyətinin diqqətlə öyrənilməsinin vacibliyini qeyd edib ”, - deyə mətbuat xidməti yazıb. 

Tokayev vurğulayıb ki, təyyarə qəzasında xəsarət alan xarici vətəndaşlara da hərtərəfli yardım göstərilməlidir. O, təyyarə qəzası ilə bağlı Qazaxıstan tərəfindən aparılan obyektiv araşdırmanın xüsusi əhəmiyyətini qeyd edib.

Gülayə Mecid