"Rusiya prezidenti Vladimir Putinin Azərbaycan lideri İlham Əliyevdən üzr istəməsi mənim üçün "sürpriz" oldu".

"Unikal" xəbər verir ki, bunu beynəlxalq ekspert Janat Momynkulov Qazaxıstan mətbuatına deyib. 

"Ekspert bildirib ki, Azərbaycan bir daha öz gücünü göstərib: "Mən bunu gözləmirdim, hətta dünən “Putin və Kadırov üzr istəyə bilməyən adamlardır” şərhini vermişdim. İlham Əliyevin diplomatiyası, ordusu, xüsusi məlumatları, mediası, deputatları güclüdür. Məlumat Qərb mətbuatına yayılandan sonra Rusiyaya təzyiqlər artıb. Qazaxıstan və digər ölkələrin bəzi aviaşirkətlərin Rusiyaya uçuşları dayandırmaq qərarı Kremlə hər tərəfdən təzyiqləri artırıb. Nəticədə Putin geri çəkildi.  

Azərbaycan xalqı öz gücünü bir daha dünyaya göstərdi. Qəhrəman Əliyev ancaq güclüləri tanıyan Putinə “ağır top” nümunəsini göstərdi. Ola bilsin ki, Rusiyanın üzr istəməsini qardaş Azərbaycan və Qazaxıstan arasında diplomatik əməkdaşlığın birgə uğuru kimi başa düşmək olar, bunu zaman göstərəcək".

Ağarza Elçinoğlu