Azərbaycana Prezidentinin göstərişinə əsasən, Suriyada humanitar böhrandan əziyyət çəkən əhaliyə yardım məqsədilə müvafiq yardım göndərilir.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, on yük avtomobilindən ibarət konvoyda ümumilikdə 200 tona yaxın ərzaq və qida məhsulları var:
"Azərbaycan Respublikasının Prezidentinin göstərişinə müvafiq olaraq Suriyada humanitar vəziyyətdən əziyyət çəkən əhaliyə yardım məqsədilə Azərbaycan Respublikasının hökumətinin adından Suriya Ərəb Respublikasına müvafiq humanitar yardım konvoyunun göndərilməsi nəzərdə tutulub. Bu konvoy ümumilikdə 200 tona yaxın qida və ərzaq məhsullarını əhətə edir. Konvoyun Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə üzərindən keçməklə Çobanbəy keçid məntəqəsində Suriyaya və Suriya üzərindən İdlib şəhərinə çatdırılması nəzərdə tutulub. Bu yardımın Türkiyənin AFAD təşkilatı vasitəsilə Suriyanın İdlib şəhərində ehtiyacı olan əhaliyə ayrılması nəzərdə tutulub", - deyə XİN rəsmisi bildirib.