"Azərbaycan Hava Yolları" QSC-nin balansında olan hava nəqliyyatı vasitələri satışa çıxarılır.
"Unikal" xəbər verir ki, bu barədə "Trend" İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına istinadən məlumat yayıb.
Satışa çıxarılanlar "SUPER PUMA AS 332 L1" (buraxılış ili 2004), iki ədəd "EUROCOPTER EC155 B1" (buraxılış ili 2005) və "Mİ-8 MTV-1" (buraxılış ili 1992) helikopterləridir.
Helikopterlərin start qiymətinə gəlincə, "SUPER PUMA AS 332 L1" 1 milyon 239 min manata, iki ədəd "EUROCOPTER EC155 B1"dən birincisi 644 min manata, digəri 508 min manata, "Mİ-8 MTV-1" isə 600 min manata təklif olunur.
Qeyd edək ki, hərrac 30 yanvar 2025-ci il tarixində, Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbədə keçiriləcək.