Azərbaycanda bir sıra dövlət qurumlarına məxsus nəqliyyat vasitələri hərraca çıxarılır.

"Unikal" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb. 

Məlumata görə, siyahıda 7 quruma aid müxtəlif nəqliyyat vasitələri yer alıb.

Satışa çıxarılan nəqliyyat vasitələrinin start qiyməti 2 400 manatdan başlayaraq 392 200 manatadək dəyişir.

11 fevral 2025-ci il tarixində hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını təqdim edirik: